29.12.2014 [01:53] - Xəbərlər, Siyasət, DAVAMın yazıları
Amerikalılar burada anti təbliğat maşınları işlətməkdənsə Azərbaycanla bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirsələr daha yaxşı olar.!
Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic Bakıda fəaliyyət göstərən “Azadlıq radiosu”nun bağlanmasına qarşı ədəbsiz , əxlaq normalarına sığmayan ifadələr işlədib. Ən maraqlısı da odur ki, bütün bu ifadələr Azərbaycan rəhbərliyinin ünvanına səslənib. Onun deməsinə görə guya Azadlıq radiosunun ofisinə hücum olub. Əvvəla məsələyə belə bir prizmadan yanaşmağın özü onu bir daha sübut edir ki, bu radionun fəaliyyətində qərəzçilik var.Bunu bütün Azərbaycan xalqı bilir ki, Azadlıq Radiosunun Bakı bürosu mətbuat və media sektorundan fərqli olaraq bir təbliğat maşınıdır. Amerika və Avropanın Azərbaycanın dövlətçiliyinə düşmən kəsilmiş bəzi qurumlarının arzu və istəkləri üzərinə işlərini qururlar. Əyər bu belə deyilsə, onda biz ölkə ictimaiyyəti olaraq nəyə görə bu günə qədər Azadlıq radiosunun efirindən Azərbaycanın elm, mədəniyyət, sənaye və digər sahələrindəki inkişafından bəhs edən bir proqrama , yaxut da bir müsahibəyə rast gəlmirik.?
Amerika konqresinin maliyyə dəstəyi ilə Bakının ortasında oturub Azərbaycanın siyasi imicinə illərlədir ləkə vuran, millətimizin mənəvi saflığını pozan bu Amerika ruporunun fəaliyyətinə əslində çoxdan xitam verilməli idi. Azərbaycanlı xanım və bəyləri özlərinə cəlb edib müəyyən vəsait hesabına öz ölkələrindəki neqativ halları şişirdib dünyaya göstərmək istiqamətindəki təlim tərbiyə siyasətləri , həmin insanların ailələrini də artıq Azərbaycan Dövlətinə qarşı qoymuşdur. Azadlıq radiosunun əməkdaşlarının bir çoxunun ailə üzvləri çoxdan Dövlətimizi, millətimizi sevmir, milli qəhrəmanlarımızı, görkəmli şəxsiyyətlərimizi təkzib edirdi.Mən şəxsən bunun bir neçə dəfə şahidi olmuşam.Hesab edirəm ki, dövlətçiliyimizə qarşı tuşlanmış hər bir mənfur fikir daşıyıcıları cəzalanmalıdırlar. Biz ölkə ictimaiyyəti olaraq Azadlıq Radiosunun Bakı bürosunun bağlanmasını və onların həqiqətən də dövlətçiliyimizin və millətimizin beynəlxalq aləmdə imicinə ləkə vurması haqqında Dövlət orqanlarına dəfələrlə rəsmi olaraq müraciət etmişdik.
Mən fürsətdən istifadə edərək Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejicin Hakimiyyət nümayəndələrimizə, Dövlətimizə və opnun rəhbərlərinə qarşı işlətdiyi qeyri-etik ifadələri, ədəbsiz sözləri adekvat olaraq onun özünə qaytarıram və bildirirəm ki, bu millət sahibsiz deyil ki, sizin kimilər gəlib burada istədiklərini etsinlər. Biz elə bir aciz millət və dövlət deyilik ki, Amerika gəlib ölkəmizdə fəaliyyət göstərən hər hansısa sözdə “media qurumunu” maliyyələşdirsin. Amerika konqrensi ilk öncə getsin insanlığa utanc gətirən 20 ildən də artıq qəbul etdiyi 907-ci düzəlişə yenidən baxsınlar. BMT-nın Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin, 822, 853,874,884 saylı qətnamələrin icrası üçün fəailiyyətini gücləndirsin.
Cənab Nenad Pejic , sizin dövlətinizin Azərbaycanla bağlı apardığı ikili standartlara görə utanmanız lazım olduğu halda , hələ bir danışırsınız da. Sizin rəhbərlik etdiyiniz Azad Avropa Azadlıq Radiosunun Bakı ofisi mətbuat işləri ilə deyil Azərbaycanda anti hökumət, anti Dövlət təbliğat kompaniyası aparırdı və bu illərlədir davam edirdi.

Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin sədri
Azad İskəndərli
Azad İskəndərli
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |