Şrift:
Azərbaycan hərbçiləri beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə birgə keçirilən tədbirlərdə iştirak edəcək
30.12.2011 [11:24] - Hərb
2012-ci ilin yanvar ayında Azərbaycan hərbçiləri beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə birgə keçirilən tədbirlərdə iştirak edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən yanvarın 1-dən mayın 11-dək Vilnüs ingilis dili kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən yanvarın 9-dan fevralın 17-dək Çexiyanın Vişkov şəhərində «Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı kursu», Azərbaycan-ABŞ iş planına əsasən yanvarın 18-dən oktyabrın 20-dək San-Antonio şəhərində Piyada təməl zabit kursu, Almaniya ilə ikitərəfli əməkdaşlıq proqramına əsasən yanvarın 23-dən 27-dək Bakıda ikitərəfli əməkdaşlıq üzrə ekspert danışıqları keçiriləcək.

Azərbaycan hərbçiləri həmçinin, yanvarın 11-dən 13-dək Belçikanın paytaxtı Brüssel şəhərində hərbi məlumatların hazırlanması və mübadiləsi üzrə işçi görüşündə, yanvarın 15-dən fevralın 11-dək Avstriyanın Saalfelden şəhərindəki dağ təlim mərkəzində hərbi alpinist qış kursunda, yanvarın 16-dan 27-dək ABŞ-ın Nyu-Port şəhərində ABŞ HDQ Kollecində “Müşahidəçi müəllim” tədbirində, yanvarın 23-dən fevralın 17-dək Sloveniyanın Bohinjska Bela Barracks regionunda təkmilləşdirilmiş hərbi dağ təlimi kursunda iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed