29.12.2014 [14:14] - Gündəm, Bildiriş, Hüquq
Azərbaycan Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın səlahiyyət müddəti uzadılır.
Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclis Gülzar Lətif qızı Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə qərarı dekabrın 30-da keçiriləcək plenar iclasında müzakirə edəcək.
Qeyd edək ki, 13 yanvar 1950-ci ildə anadan olmuş G.Rzayeva 28 avqust 2010-cu il tarixdən Ali Məhkəmənin hakimidir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |