30.12.2014 [10:44] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan, Mədəniyyət
APA.TV”-nin müxbiri bu dəfə də Güney Azərbaycanın Urmiyə şəhərindən xüsusi Reportaj (quzariş) hazırlayıb.
Reportajı olduğu kimi təqdim edirik:
3 min ildən çox yaşı olan Urmiya şəhəri azərbaycanlıların kompakt yaşadığı ən qədim şəhərlərdən biridir. Şəhər bu gün müasirləşir və körpülər şəhərinə çevrilir. Burada tikilən ən böyük körpüyə isə "Azərbaycan" adı veriləcək.
Qərbi Azərbaycan vilayətinin rəhbərliyi mərkəz Urmiyada körpülərin tikilməsinə xüsusi önəm verir. Bu səbəbdən də Urmiyada olduğumuz müddətdə bu böyük şəhərdə bir dəfə də olsun tıxaca rast gəlmədik. "Körpülər şəhəri" adını da Urmiyaya birlikdə səfər etdiyimiz jurnalistlər verdi.
Urmiyada 9 böyük körpü tikilib. Bir neçəsi isə tikilmədədir. "Azərbaycan" körpüsünü təhvil verməklə isə Urmiya sözün əsl mənasında ölkə miqyasında rekorda imza atmaq istəyir. Bu körpü Urmiya şəhərinin ən yaxşı yerlərindən birində tikilir və çox böyük əhəmiyyətə malikdir. Urmiya şəhər bələdiyyə sədrinin tikinti işləri üzrə müavini İbrahim Səfərinin sözlərinə görə, şəhərin bütün ölkədaxili və beynəlxalq daşımaçılıq bu körpü vasitəsilə həyata keçiriləcək.
Körpü 4 mərtəbəli olacaq. Birinci mərtəbə yerin altı ilə gedəcək. Körpünün uzunluğu 2 kilometr, sahəsi isə 23 min kvadratmetr olacaq. Körpünün ən böyük dirəyinin uzunluğu 50 metr olacaq.
Körpünün tikintisi üçün 33 milyon dollar vəsait ayrılıb. Lakin bu rəqəm 41-50 milyon dollara çata bilər. Körpü bölgənin böyük şəhərləri olan Mahabad, Sulduz (Nəqədeh) və Üşnəviyyə şəhərlərini Urmiya ilə birləşdirəcək.
İbrahim Səfəri deyir ki, körpünün sahəsi hazırda Urmiyanın ən böyük "Qoyun" adlı körpüsündən 2,5 dəfə artıqdır.
"Azərbaycan" körpüsünün tikildiyi yerin urmiyalılar üçün böyük əhəmiyyəti var. Körpünün yaxınlığında "Ellər bağlı" deyilən park salınıb. Park yerli əhalinin dünya ölkələri ilə dostluğunu əks etdirir və burada Amerika Birləşmiş Ştatları və İsraildən başqa bütün dünya ölkələrinin bayrağı asılıb. O cümlədən Ermənistanın da. Bu ölkənin bayrağının İran, Azərbaycan və Türkiyə bayraqlarından sonra asılması bizi bir qədər məyus etdi. Urmiyada yaşayan azərbaycanlıların bu taydakı soydaşlarını qıran ermənilərin bayrağının bu şəhərdə dalğalandığını görmək üzücüdür.
Urmiya İran üçün strateji bölgədə yerləşən şəhərlərdən biridir. Şəhərin Azərbaycan, Türkiyə, İraqla sərhəddə yerləşməsi buranın insanları üçün üstünlük hesab edilir. İbrahim Səfərinin sözlərinə görə, şəhərin 2025-ci ilədək nəzərdə tutulmuş baş planı hazırlanıb. Məqsəd Urmiyanı ticarət mərkəzinə çevirmək, İstanbul vasitəsilə Avropaya çıxmaqdır. Bu baxımdan nəqliyyat infrastrukturuna xüsusi önəm verilib. Burada tikilən körpülərə də maraqlı adlar verilir. Məsələn “Qoyun” adlı körpünün yeri vaxtilə qoyun sürülərinin otlağı imiş. "Ana" adlı körpü isə İran-İraq müharibəsində həlak olmuş şəhid analarının şərəfinə tikilib. Bütünlükdə son bir neçə ildə körpülərin tikintisinə 150 milyon dollar pul xərclənib.
Urmiya körpüləri həmçinin ən qısa müddətdə inşa edilməsi ilə məşhurdur. Məsələn, "Ana" körpüsü 5 aya tikilib. Körpüləri tikən qurum körpünü dedikləri tarixdən gec olmayaraq təslim etməlidir. Əks halda ayrılan maliyyənin 0.2 faizi miqdarına cərimə ödəməli olur ki, bu da o qədər az məbləğ deyil.
Urmiya dağlıq zonada yerləşir. Şəhər sanki iki hissəyə ayrılıb. Bir hissədə sürətlə tikinti işləri aparılır, şəhər müasirləşdirilir. Digər hissədə isə şəhərin tarixi özəllikləri qorunub saxlanılır. Son ünvanı Urmiya gölü olan Urmiya çayı suyu o qədər olmasa da şəhərə xüsusi gözəllik verir.
İranın ən yüksək nöqtəsində İran-İraq müharibəsində həlak olmuş urmiyalı könüllülərin xatirəsinə ucaldılmış kompleks tikilib. Dağüstü parkda şəhidlərin xatirəsinə ucaldılmış "Əbədi Məşəl" kompleksi kimi. Biz Urmiyada olduğumuz vaxt şəhərdə "Könüllülər həftəsi" idi. İldə bir dəfə qeyd edilən həmin həftə ərzində şəhərin əksər kişilərini hərbi geyimdə görmək mümkündür. Şəhər əhalisi müharibənin İranın xeyrinə başa çatmasında 20 milyonluq könüllülər briqadasının böyük rolu olduğunu fəxrlə deyirlər.
VİDEOnu izləmək üçün qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:
Videonu izləmək üçün buraya tıkla

Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |