Şrift:
Girovlarımıza hökm oxundu
30.12.2014 [11:11] - Gündəm, Hadisə
Xankəndidə kəlbəcərli girovlarımızla bağlı son “məhkəmə” iclası keçirilib
Xankəndidə kəlbəcərli girovlarımızla bağlı son “məhkəmə” iclası keçirilib.

Hakim Anadolu Tadevosyan iclasda yekun "hökmü" oxuyub. "Məhkəmə"nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed