Şrift:
Tetçerin Qorbaçov haqqında Reyqana yazdıqları açıqlanıb
30.12.2014 [11:50] - Xəbərlər, Siyasət
Böyük Britaniya Milli Arxivinin bu gün açıqlanan məxfi sənədləri bu ölkənin sabiq baş naziri Marqaret Tetçerlə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun tanışlıq tarixçəsinə işıq salıb.
“Agence France-Presse”in xəbərinə görə, Qorbaçov Böyük Britaniyaya ilk dəfə 1984-cü ildə - Sov. İKP MK-nın baş katibi olmazdan dörd ay əvvəl səyahət edib.

Tetçer ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqana məktubunda Qorbaçovu gülərüz, xoşagələn və yumor hissinə malik şəxs kimi xarakterizə edib: “O, özünü kifayət qədər açıq və başa düşən kimi aparır. Əminəm ki, onunla iş görmək olar. O, sözün əsl mənasında mənim xoşuma gəldi”.

Xanım baş nazir kövrək qeydlərinə həmsöhbətinin reaksiyasını da təsvir edib: “Aydın şəkildə göründü ki, məndən Sovet İttifaqında insan haqlarının durumuna dair suallar gözləmirdi”.

Açıqlanan sənədlərdə Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya da dair məlumatlar yer alıb. Belə ki, səfər zamanı R.Qorbaçova ölkənin ən yaşı zərgərlik mağazalarından birinə daxil olaraq, brilyant və yaqutla bəzədilmiş qızıl sırğalar alıb.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed