Şrift:
Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...
31.12.2014 [11:31] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Onunla təsadufən tanış oldum. Uşaq nagillarıma rəsm cəkən rəssam axtarıram deyə facebook sosial şəbəkəsindəki rəssamlar qrupuna yazdım. Çox keçmədi belə bir cavab gəldi. “Mən çəkərəm”. Bir az danısdıqdan sonra görüşüb fikirlərimizi bölüşmək istədim. “Mən gələ bilmərəm, mənim 12 yaşım var, yazılarınızı göndərin, çəkəcəm, 4 yaşımdan şəkillər şəkirəm” -dedi.

Düzü 12 yaşlı bir rəssamla qarşılaşacagımı gözləmirdim. Tərəddüd etsəm də cavablarındakı özünəinam, cəsarət, məntiq məni çəkdi. Və heç bir əl işini görmədən qərarımı verdim. Bu balaca qızın cəsarətinə görə…
Və yanılmadım…
Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...

Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...

Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...

Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...

Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...

Mənsurə QAÇAYQIZI:-O rəsmləri xoşbəxt olmaq üçün çəkir...


Onu ilk gördüyümdə isə… Qarşımda mələk simalı bir qızcıgazın sirli-sehrli, rəngli dünyası açıldı. Bu rəngli dünyaya yaxinlaşmaq yetər ki, ruhun mənəvi qida alasan…
Onun haqqında qısaca… Hüseynova Samirə Mirəli qızı. 2002-ci il may ayının 4-də Mingəçevir şəhərində anadan olub. 278 saylı məktəbin 7 sinif şagirdidir. Səhhəti ilə baglı təhsilini evdə davam etdirmək məcburiyyətindədir. Türkiyənin istambul şəhərində müalicə alır…
Anası Gülşən xanım söyləyir ki, Samirənin ilk cəkdiri rəsm onu müalicə edən həkimin rəsmi olub. Indi irili xırdalı çox əsərləri var Samirənin. Və çıxdıgı bu yolda günbəgün artan uğurları…

Ilk fərdi sərgisi 2009-cu ilin may ayının 7-də Günəşli Yaradıcılıq mərkəzində olub. İkinci sərgisi 2010-cu il martın 19-da Suraxanı rayon Yaradıcılıq mərkəzində, Sonralar bir çox tədbirlərdə , müsabiqələrdə uğurla iştirak edib, birincilik qazanıb. Onun uğurları haqqında çox danışmaq olar... Rəsmləri gecələr çəkməyi sevir.
Çox maraqlı həmsöhbətdi. Niyə rəsm çəkirsən sualına xoşbəxt olmaq üçün cavabını verdi Samirə. “Xoşbəxt olmaq üçün” . Bu bir kəlmədə çox şeylər vardı... O kiçik həcmi yazılar da yazır. Əsasən də xoşnbəxtlik haqqında. Xoşbəxtlik axtarır,rəsmlərində, yazılarında. Hər kiçik bir şeylə xoşbəxt olmaq olar deyir...
Rəsmlərini çox sevir. Hər kəsin bir barmaq izi olduğu kimi hər bir rəssamında fırçasının bir izi olduğunu söyləyir.” Çəkdiyim rəsmləri mənim gördüyüm , hiss etdiyim kimi duysalar, görsələr maragı qalmaz, möcüzəsi , sirri qalmaz “- deyir. Onun bütün rəsmlərinin sirri qəlbindən süzülən döyüntülərdədi.
Sərgilərindən danışmaq onun üçün adi haldı. Özü dediyi kimi. “Dostlarım deyir sərgilərdə həyacanlanırsan.heç də elə deyil. Mənim üçün adi haldı. Evdə olan hal kimi. Sadəcə bir fərq var. Yeni-yeni insanlar görür rəsmlərimi”.

Başa düşüləndi. Samirə yaratdığı rəsmlərlə yaşadığı üçün belə deyir. O çəkdiyi rəsmlərinin sevgisi ilə birgə yaşadığı üçün bu adi haldı...
Əsərləri bir-birindən ayırmır. Bu onun üçün çox çətindi.

Maraqlı olduğu qədər də maraqlı arzuları var 12 yaşlı balaca rəssamımızın. Eyfel qülləsinin yanında dayanıb rəsm çəkmək, İtaliyada emalatxanası olmaq. Parisə səyahət etmək. “Deyirlər Parisdə rəsmlər aeroportdan başlayır.” – deyir Samirə. Sonrada çiynini çəkərək əlavə edir.” “ Bilmirəm ki, elə deyirlər”. Arzularından biridə qardaş Türkiyədə İzmir şəhərində sərgisinin keçirilməsidi. “İzmirdə sərgimin olmasını istiyirəm”.
Samirə növbəti əməliyyata hazırlaşır. Və yeni yeni rəsmlərin işığına can atır. Allah yardımçın olsun gözəl və istedadlı rəssam. Iİnsallah İstambuldan nöbvbəti əməliyyatdan şad xəbərlə dönəsən və uğurların bol olsun. Rəsmlərinlə sənətsevərləri sevindirəsən. Arzularına çatasan.

Mənsurə Qaçayqızı
Bu xəbər oxucular tərəfindən 1984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed