02.01.2015 [10:23] - Gündəm, Siyasət
RİA Novosti məlumat verir ki, Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildən inteqrasiyanın yeni mərhələsinə - yanvarın 1-dən qüvvəyə minən Avrasiya İqtisadi Birliyi sazişinə - keçir.
Sazişin iştirakçıları olan ölkələr öz üzərlərinə malın, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst dövranını təmin etmək, iqtisadiyyatın əsas sektorları - energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsi öhdəliyini götürüblər.
Avrasiya komissiyasının qərərgahı Moskvada, İqtisadi tənzimləyicisi Alma-Atada, məhkəməsi isə Minskdə yer alacaq.
Üstəlik, 2015-ci ildə iqtisadi birliyə 2014-cü ilin dekabrın axırında müvafiq müqaviləni imzalayan Qırğızıstan da qoşula bilər.

Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |