Şrift:
Cəbhədə atəşkəsin pozulması halları yenidən artıb
02.01.2015 [18:17] - Gündəm, Hərb
Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed