05.01.2015 [11:59] - Gündəm, Gənclik
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi ilə Şəki, Mingəçevir və Qəbələ şəhərlərində “İnformasiya texnologiyaların gənclərin müasir həyatında rolu” adlı layihə icra edir. Layihənin əsas məqsədi gənclərə İKT-nin son nailiyyətləri haqda məlumat vermək və gəncləri bu nailiyyətlərdən düzgün istifadə etməyə çağırmaq və bu sahədə onlarda lazımı biliklərin və vərdişlərin yaranmasına kömək etməkdir.
Layihə çərçivəsində ilk görüş Şəki və Qəbələ şəhərlərinin gəncləri ilə baş tutdu. Görüşlərdə İKT-nin son nailiyyətləri haqqında gənclərə məlumat verildi, informasiya texnologiyaların gənclərin həyatında rolu müzakirə olundu və müxtəli fikirlər söylənildi. Müvafiq Gənclər və İdman idarələrinin əməkdaşları iştirak etdiyi görüşlərdə qarşılıqı fikir mübadiləsi və təkliflər irəli sürüldü. Layihə üzrə son görüş cari ilin yanvar ayında Mingəçevirdə şəhərində keçiriləcək. Burada da region gənclərinə İKT inkişafı haqqında məlumatlar, broşurlar təqdim olunacaq. Layihənin 1 fevral 2015-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Hörmətlə,“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB-yi

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |