Şrift:
Orduyla bağlı sərəncam
06.01.2015 [11:40] - Hərb
Ordu Birliyinin komandiri Nizam Osmanov vəzifəsindən azad olunub
Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

Onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə xidmət etmiş general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən bildirilib.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed