Şrift:
MƏRKƏZİ ELMİ KİTABXANANIN KÖÇÜRÜLMƏSİ DAVAM EDİR
06.01.2015 [12:55] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi davam edir. Kitabxananın işçi personalından ibarət qrup xüsusi nəzarət altında, təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır. Digər bir qrup isə yeni binaya daşınmazdan əvvəl köhnəlmiş kitabların bərpa olunmasını təşkil edir. Kitabların yeni binaya aparılması prosesi onlara yeni inventar kodları və elektron çiplər vurularaq davam etdirilir.

Bu günədək köçürülən 143000-dən çox kitab inventarlaşdırılıb. Nadir kitablar fondundan köçürülmə artıq tamamlanıb. Ümumi fond, Şərq ədəbiyyatı fondu və Mübadilə fondundan köçürülmə prosesi isə davam edir.


Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed