Şrift:
Milli Məclis “Sosial xidmət haqqında” qanun layihəsini qəbul edib
30.12.2011 [14:29] - Sosial
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial xidmət haqqında” qanun layihəsi üçüncü – sonuncu oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O bildirib ki, qanun sosial xidmətin əhatə dairəsinin genişlənməsini özündə əks etdirir: “Bu qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq. Qanun ölkədə qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək”.

H. Rəcəbli qeyd edib ki, qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə, evlərdə) müəyyənləşdiriləcək. Azərbaycanda sosial xidmətlərlə bağlı qanunvericilik yaradıldıqdan sonra sosial işçilərin
statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 2249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed