07.01.2015 [13:01] - Gündəm, Hərb
Ermənistan tərəfinin Azərbaycan torpağında, Kəlbəcərdə girov götürduyu Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə rəy verməkdən boyun qaçıran ABŞ Dövlət Departamenti keçirdiyi son brifinqdə Azərbaycan-Ermənistan təmas xəttində yaşanan gərginliyə reaksiya verib. Dövlət Departamentinin sözçüsu Azərbaycan-Ermənistan arasında artan gərginliyin ABŞ-ı narahat etdiyini bildirib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə gəldikdə isə ABŞ-la yanaşı Beynəlxalq təşkilatlar da susur.
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma rejimin kəsdiyi cəzanı beynəlxalq təşkilatların sükutla seyr etməsini bu gün baş nazirin müavini kəskin pisləyib. Əli Həsənov bildirib ki, hazırda onun əlində girovlarımızla bağlı dünyanın 7 mötəbər təşkilatının cavab məktubu var və məsələyə yanaşmalar müxtəlifdir. Kimi bürokratik, kimi formal, kimi obyektiv yanaşıb - deyən Əli Həsənov beynəlxalq təşkilatların fəaliyyətinə konkret olaraq belə qiymət verib.
"Mən həmişə deyirdim. İndi bir daha deyirəm. Əksər Beynəlxalq təşkilatlar dünyanın bəzi ölkələri tərəfindən yaradılıb, həmin dövlətlərin öz məqsədləri üçün. Çox təəssüf olsun ki, bu gün bunun əksəriyyəti belədir. Əgər belə bir məsələyə beynəlxalq təşkilatlar biganə yanaşırsa, ən yaxşı halda üzr istəyirsə, kimə lazımdır belə beynəlxalq təşkilatlar?”.
Elə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin bu günlərdə səsləndirdiyi mövqe də beynəlxalq təşkilatların ənənəvi formal mövqeyindən heç nə ilə fərqlənmir:
“Bu günlərdə atəşkəs rejiminin pozulmasından və itkilərin olmasından narahatıq. Bu cür insidentlər Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün götürdükləri öhdəliklərə uyğun deyil. Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Amerika Birləşmiş Ştatları əvvəlki kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Biz hər iki tərəfi regionda sülhü bərqərar etmək və təmas xəttində bu cür hadisələrin azalması üçün danışıqlara çağırırıq”.
Girovlara gəlincə, xanım Psaki bu haqda heç nə deməyib. Eynən yeni il qabağı müxbirimizin bu mövzuda sualını cavablandırmayan Dövlət Departamenti rəsmisi Ceff Ratke kimi. Görünür elə bu səbəbdəndir ki, Əli Həsənov da girovlarımızı ancaq öz iradəmizlə xilas etməyin mümkünlüyünü deyir:
“Güvən yeri özümüzük, dövlətimizdir, prezidentimizdir. Bilin ki, cənab prezident də bu məsələylə mütəmadi məşğuldur. Məndə tam əminlik var ki, Ramil Səfərovu ölkəyə gətirən prezident onları da azad edəcək. Özü də elə öz torpaqlarımızda, Qarabağda”.
Xatırladaq ki, ermənilər Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə birinə ömürlük, o birinə 22 il olmaqla cəza kəsiblər. Onlar hazırda Şuşa həbsxanasında saxlanılır. Azərbaycan tərəfinin sabah, yəni yanvarın 7-si bu məsələylə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |