28.09.2011 [13:13] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan milli hərkatından daxil olan məlumata əsasən milli fəal Milad Mülki Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalara görə ETTELAAT idarəsinə çağırılıb.
Qeyd edək ki, Urmiya gölü aksiyaları ilə əlaqədar son bir ayda Milad Mülki ilə bərabər daha 8 azərbaycanlı fəal ifadə vermək üçün İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tikantəpə bölməsinin idarəsinə dəvət olunub. ETTELAAT-a çağırılanlardan Əli Hidayəti bir sutka saxlandıqdan sonra azadlığa buraxılsa da, fəal Ramin Rzayi 21 gündür ki, həbsdə saxlanır. İfadə vermək üçün ETTELAAT idarəsinə çağırılan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı haqda məlumat yoxdur.

Bu xəbər oxucular tərəfindən 1262 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |