30.12.2011 [14:57] - Sosial
Gələn ildən Azərbaycanda pensiyaların sığorta hissəsinin artımı gözlənilir.
Bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, Dövlət Statistika Komitəsi 2011-ci ildə inflyasiyanın səviyyəsini açıqlayacaq: “Bundan sonra dövlət başçısının (pensiyaların sığorta hissəsinin artırılması barədə) sərəncamı olacaq və sığorta hissəsi artacaq”.
S.Müslümovun sözlərinə görə, pensiyaların sığorta hissəsinin artımı pensiyaçıların əksəriyyətinə şamil olunacaq: «Aparılan islahatlar nəticəsində pensiyaçıların 97,3%-nin pensiyasının məbləği 93,5 manatdan artıqdır. Yalnız 2,7%-i yoxsulluq həddindən aşağı pensiya alır. Yəni bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi var».
İslahatlar nəticəsində 2011-ci ildə pensiyaların ümumi məbləğində sığorta hissəsinin xüsusi çəkisi 8,3% artaraq 45%-ə çatıb. Fond rəhbərinin sözlərinə görə, 2012-ci ildə pensiyaların sığorta hissəsinin artımı məqsədilə 67 mln. manat sərf olunacaq.

Bu xəbər oxucular tərəfindən 1924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |