08.01.2015 [10:07] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Şeyda Əziz Əsgər oğlu 1889-cu ildə İrəvan xanlığının Dərəçiçək mahalının Kəsik kəndində anadan olmuşdur. Şeyda Əzizin Atası Əsgər bəy kəndin hörmətli və ziyalı adamlarından biri olub. O, Güney Azərbaycanda yüksək səviyyədə ruhani təhsili aldıqdan sonra Qazax mahalının Qıraq Kəsəmən kəndinə gəlmiş və torpaq alıb məscid tikdirmişdir. Əsgər bəy burada həm də ruhani məktəbi yaratmışdır. Onun yeyişdirdiyi tələbələr arasında oğlu Əziz də ruhani təhsili almışdır. Ailənin böyük oğlu olan Əziz ata-anasını erkən yaşında itirir və qardaş-bacılarının bütün qayğıları onun üzərinə düşür. Belə bir çətinliklərlə üzləşən Əziz bacı və qardaşlarını götürüb doğma Dərəçiçəyə -qohum-əqrabasının yanına qayıdır. Artıq bu dövrdə Dərəçiçək də digər mahallarımız kimi erməni məkrilə üz-üzə qalmışdı... Bir qədər sonra türklərə qarşı törədilən amansız vəhşiliklər və qırğınlar digər həmyerliləri kimi Əzizi də köçməyə vadar edir. O, ailəsini Ağstafa rayonunun Köçəsgər kəndinə, xalası Xədicəgilə gətirir və burada məskunlaşırlar.
Şeyda Əziz uşaqlıq illərindən saza-sösə böyük maraq göstərir. Hələ on yaşnıdan başlayaraq şeirlər yazmağa başlamışdır. Onun şeirləri Şeyda Əziz təxəllüsü ilə aşıqların, müğənnilərin repertuarına daxil olur... Ölümündən qırx iki il sonra şairin qızı Gövhər xanım onun “Gələndə” adlı şeirlər kitabını çap etdirmişdir.
1957-ci ildə istedadlı şair Şeyda Əziz dünyasını dəyişmişdir.
İstedadlı Şairin uzun müddət radiolarda səslənən, səs vallarında oxudulan, xalqın ürəyinə yatan, sevdiyi mahnılardan olan “Gələndə” şeirinə bəstələnmiş lirik müsiqi nümunəsi hələ də sevilərək səslənməkdədir...
Unudulmaz şairin “Gələndə” şeirini bir daha xatırlatmaqla ona Allahdan rəhmət diləyirəm!
GƏLƏNDƏ
Bilirsənmi səndən niyə küsmüşəm,
Baxmadın üzümə sizə gələndə.
Ona görə bu dostluğu kəsmişəm,
Kəm baxırsan üzbəüzə gələndə.
Kərəm kimi eşq oduna yananam,
Dostuna dost, düşməninə yamanam.
Mən arifəm, işarədən qananam,
Kəlməni başlayıb sözə gələndə.
Şeyda deyər heç dərdimi bilmədin,
Naz edibən bir üzümə gülmədin.
Vədə verdin, vədəmizə gəlmədin,
Nə danışdıq gəzə-gəzə gələndə.
Hazırladı: Niftalı Göyçəli

Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |