Şrift:
“Türkiyə açıq səma altında muzeydir” adlı Mədəni Turizm Sammitində Azərbaycan da təmsil olunub
30.12.2011 [15:04] - Mədəniyyət
Dekabrda Türkiyənin Ankara şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən “Türkiyə açıq səma altında muzeydir” adlı mədəni turizm sammitində Azərbaycan da təmsil olunub. Sammitdə Mədəniyyət və Turizm Nazirliyi Mədəni irs şöbəsinin abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev, Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Mədəni Turizm Sammitinə Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay, mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan, Ankara bələdiyyə başqanı Məlih Gökçək, nazirlik nümayəndələri, mədəniyyət və turizm idarələrinin müdirləri, turizm təşkilatlarının və birliklərinin nümayəndələri, özəl turizm sənayesində çalışanlar, UNESCO-nun Türkiyə təmsilçisi, həmçinin TURKSOY-a üzv olan dövlətlərin nümayəndələri qatılıblar.

Sammit çərçivəsində Azərbaycanın turizm potensialına və yerli, regional, beynəlxalq mədəni turizm marşrutlarına dair təqdimat, ölkənin turizm imkanlarına həsr olunmuş reklam çarxları nümayiş etdirilib.

Tədbir çərçivəsində təşkil edilmiş sərgidə Türkiyənin bölgə və şəhərləri, həmçinin TURKSOY-a üzv dövlətlər öz lövhələri ilə təmsil olunub. Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 9 kv.m sahədə lövhə qurulub. Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay lövhəni şəxsən ziyarət edib. Nazir müavini Özgür Özaslan tərəfindən nazirliyə sertifikat təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed