Şrift:
MTN-in saxladığı Suriyaya gedən azərbaycanlıların görüntüləri
08.01.2015 [11:55] - Gündəm, Hadisə
Tutulan 10 nəfər Suriyaya gedərək döyüşlərdə iştirak ediblər
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində qanunsuz silahli birləşmələr yaratma, onları silahla, döyüş sursatı ilə təchiz etmədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Nazirliyin yaydığı məlumata görə, bu şəxslər ötən il Suriyaya gedərək qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər, Suriyada hökumət qüvvələri əleyhinə döyüşlərdə iştirak ediblər.

Milli Təhlükəsizlik Nazirliyi bu dəstənin digər iştirakçilarinin müəyyənləşdirilməsi üçün əməliyyatı davam etdirir.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed