09.01.2015 [01:47] - Gündəm, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev tanınmış ziyalı, ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş Zahid Qaralovun vəfatıyla bağlı başsağlığı verib. Başsağlığında deyilir:
"Görkəmli şəxsiyyət, dəyərli ziyalımız Zahid Qaralavun vəvatı hamımızı kədərləndirdi. Zahid Qaralov, bir ziyalı kimi Azərbaycanın inkişafında müstəsna çəkiyə sahib bir şəxsiyyət idi.
Siyasi baxışlarımız fərqli olsa da, biz Zhid Qaralovu bir ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafı uqrunda prinsipial bir şəxsiyyət kimi tanımışıq. O, öz xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüş bir ziyalı idi.
Zahid Qaralovun bir təhsil işcisi kimi, Azərbaycanda pedaqogikanın inkişafındakı xidmətləri təqdirə layiqdir. Təhsil nazirinin müavini vəzifəsində çalışmış Zahid Qaralov təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Onun 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.
Xalqın etimadını qazanaraq iki dəfə deputat seçilmiş Zahid Qaralov, millət vəkili kimi də olduqca səmərəli fəaliyyət göstərmişdir. O, Milli Məclisdə yerli özünüidarəetmənin fəaliyyətinin və nüfuzunun yaradılması üçün qanunların və layıhələrin hazırlanmasında xüsusi xidmətləri ilə seçilib.
Zahid Qaralov, həmişə mənsəbindən asılı olmayaraq vəzifəsini vicdanla yerinə yetirməyə calışıb.
Biz, bütün bu keyfiyyətləri ilə Zahid Qaralovun vəfatıni xalqın itkisi hesab edirik və bu itkiylə bağlı onun doğmalarına və qardaşı oğlu, baş prokuror cənab Zakir Qaralova başsağlığı veririk.
Ruhu şad, məkanı Cənnət olsun!

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
millət vəkili Fərəc Quliyev
08.01.2015"
millət vəkili Fərəc Quliyev
08.01.2015"
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |