Şrift:
Dünyanın ən böyük xaçı Ermənistanı xilas edəcəkmi?
09.01.2015 [10:18] - Qərbi Azərbaycan-İrəvan
Fransa və Livanın erməni icmaları Ermənistanda dünyanın ən böyük xaçını ucaltmaq niyyətindədirlər. Bunun üçün öncə erməni icmaları mövcud məsələ ilə bağlı öz aralarında və bütün ermənilərin katolikosu II Qareginlə razılığa gəlməlidir. Layihəni diaspor maliyyələşdirəcək. İqtisadi bataqlıqda batan Ermənistanın onsuz da buna gücü çatmaz.

Xristianlığın əsas simvolunun bu ölkədə quraşdırılması ilk baxışdan adi məsələ ola bilər. Çünki Ermənistan xristian ölkəsidir və burada qeyri-adi bir şey yoxdur. Lakin məsələ bu qədər sadə deyil. Əslində diaspor xaç vasitəsilə bir sıra məqsədlər güdür. Nəzərə almaq lazımdır ki, ermənilər özlərini dünyaya ilk xristianlar kimi qələmə verməyə çalışırlar. Ermənistan gəlir əldə etmək üçün xristianlıq kartından bütün sahələrdə istifadə etməyə çalışır. Bu hal da onlardan biridir.

Onlar ən böyük xaçı ucaltmaqla dünyaya özlərini xristian təəssübkeşi kimi göstərməyə çalışırlar. Yeri gəlmişkən, ermənilər Qarabağ müharibəsində də xristian faktorundan dividendlər qazanmağa çalışıblar və buna müəyyən qədər nail ola biliblər. Xaç simvolu olan tanklarla Azərbaycan torpaqlarını işğal edən Ermənistan Dağlıq Qarabağ münaqişəsini dini münaqişə kimi təqdim etməyə cəhd edib.

Həqiqətdə isə ermənilər xristian dininə "qara ləkədir". Onların Qarabağ müharibəsi dövründə Xocalının dinc sakinlərinə qarşı törətdikləri soyqırım, insanlığa sığmayan vəhşilikləri bunun təsdiqidir. Digər tərəfdən, xaçın ucaldılmasını qondarma erməni "soyqırımı"nın 100 illiyinin qeyd edilməsi çərçivəsində atılacaq addımlardan biri kimi də qiymətləndirmək olar. Qondarma "soyqırım" abidəsinin ziyarətçiləri həmin xaçı görməklə bir daha ermənilərə yazığı gələcək. Hər şey həm də buna hesablanıb.

Məsələnin başqa tərəfi isə bütün sahələrdə Azərbaycan-Ermənistan rəqabətidir. Müharibə vəziyyətində olan iki dövlət bir-birindən geri qalmaq istəmir. Məlum olduğu kimi, "Ginnes" Dünya Rekordları Təşkilatı 2010-cu ildə Azərbaycan Dövlət bayrağı dirəyinin dünyada ən hündür (162 metr) bayraq dirəyi olduğunu təsdiq edib. Dünyanın ən böyük xaçı fikri isə Ermənistanın buna cavabıdır.

Əslində Ermənistanın diaspor naziri Qranuş Akopyanın məsələ ilə bağlı söylədikləri yuxarıda sadalananları sübut eddir. O bildirib ki, xristianlıqla bağlı olan və turizmin inkişafına yardım edəcək, ölkəyə böyük məşhurluq gətirəcək məsələ mənfi qəbul edilə bilməz.

Bəs, görəsən, dünyanın ən böyük xaçı Ermənistanı xilas edə biləcəkmi?
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed