Şrift:
Təhsil Nazirliyi: Şaxtalı və qarlı hava şəraiti Bakı məktəblərində davamiyyətə təsir edib
09.01.2015 [10:40] - Gündəm, Sosial, Bildiriş
Bakıda yolların buz bağlaması, avtomobillərin hərəkətində problem yaranması orta məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub. Bu barədə Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehov qeyd edib ki, lakin Bakı məktəbləri fəaliyyətini dayandırmayıb.

Dağlıq rayonlara gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda bu rayonlarda vəziyyətin necə olması araşdırılır: “Yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed