Şrift:
Amerikada Qanlı Yanvarla bağlı məlumatlandırma kampaniyasına start verildi
10.01.2015 [11:11] - Gündəm, Diaspor
ABŞ (Amerika Birləşmiş Ştatları) Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin 1990-cı ilin Qanlı Yanvar hadisələri barədə məlumatlandırılması üçün kampaniyaya start verdi.
Şəbəkənin hazırladığı müraciətdə “Human Right Watch” hüquq müdafiə təşkilatının “Azərbaycanda Qanlı Yanvar” adlı hesabatından faktlar göstərilir, habelə sovet ordusu tərəfindən qətlə yetirilmiş dinc sakinlər barədə statistik (amar) məlumatlar verilir. Müraciətdə bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisəsi həm də, Azərbaycanda sovet hakimiyyətinə son qoydu. Müraciətdə qeyd olunur ki, iyirmi beş ildən sonra da Qanlı Yanvar öz mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıdakı Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad edir. Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırırlar.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed