Şrift:
Ban ki Mundan soyuq müharibə anonsu
10.01.2015 [11:14] - Xəbərlər, Siyasət
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban ki Mun Ukrayna münaqişəsinin Avropaya təsirindən danışıb.
Ban ki Mun 2014-cü ildə “dünyadakı qaynar nöqtələrin siyahısı”ndan söz açarkən Ukraynadakı vəziyyəti xüsusilə qeyd edib: “Ukraynadakı münaqişə nəticəsində 4 mindən çox insanın həlak olmasına gətirib çıxardı. Bu, Avropada təhlükəsizlik və sabitlik üçün təhlükə yaradır. Ukraynanın şərqindəki böhran Avropada “soyuq müharibə” kabuslarını dirçəldir”.
Bundan başqa o, 2014-cü ildə beynəlxalq miqyaslı təhlükələrdən danışarkən Afrikadakı Ebola virusunu, Yaxın Şərqdəki terrorist fəaliyyətləri və əsas da Suriyadakı kimyəvi silahın məhv edilməsini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed