Şrift:
Cenevrədə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək
10.01.2015 [12:20] - Güney Azərbaycan xəbərləri, Siyasət
Yanvarın 14-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin məlumatında belə deyilir.

“İkitərəfli görüş İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr ərəfəsində baş tutacaq”, məlumatda qeyd edilir.

Bundan əvvəl İSNA agentliyi İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən Məhəmməd Cavad Zərif və Con Kerrinin yaxın günlərdə Cenevrədə görüşəcəkləri barədə xəbər verib.

Xatırladaq ki, İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu yanvarın 18-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed