12.01.2015 [12:06] - Hərb
Ehtiyatda olan mayor Manukyan Azərbaycanın gücündən danışıb
Ermənistan ilə Azərbaycan arasında gərginliyin artması, vəziyyətin kəskinləşməsi hərbi hərəkətlərin başlamasına gətirib çıxara bilər.
Bunu erməni mətbuatına verdiyi müsahibəsində ehtiyatda olan mayor, müharibə veteranı Pavel Manukyan deyib.
O, hakimiyyətin apardığı siyasətin yanlış olduğunu, Azərbaycan ordusunun qüdrətləndiyini dolayısı ilə etiraf edib: "Bunları mütləq bilmək və demək lazımdır. Biz indi rəqibimizin gücünü hiss edirik, təhlükəsizliyini necə möhkəmləndirdiyini görürük. Təxribatlarla, məqsədsiz cəhdlərlə nə etmək olar ki?! Bəli, biz müharibəni gözləməliyik, amma, bu, çox təhlükəlidir. Çünki bizim əsgərimiz öz liderinin səhvini görür, o, ruhi cəhətdən anlaşılmayan vəziyyətə düşür. Müharibə mümkündür, o deməlidir ki, bu, müharibəni Ermənistan dəqiq udacaqmı, Azərbaycan dəqiq uduzacaqmı. Bizim müttəfiqimiz olan Rusiya Azərbaycanı çox yaxşı silahlandırdı, nə lazımdırsa, onunla təmin etdi."
P.Manukyan öz hakimiyyətlərinə məsləhət görüb ki, könüllülərdən ibarət olan Ermənistan ordusuna güvənsin. Görünür, erməni zabit hələ qəflət yuxusundan ayılmayıb. Zaman dəyişib, iqtisadi-siyasi reallıqlar göz qabağındadır. Sadəcə, "müharibə veteranı", bu dırnaqarası qəhrəman onu anlamalıdır ki, kimlərinsə kölgəsinə girib "şücaətlənmək" dövrü keçdi, müvəqqəti qələbənin əbədi məğlubolma ehtimalı daha çoxdur. Amma müvəqqəti uğursuzluğun əbədi qələbə ehtimalı daha çoxdur. Odur ki, növbəti dalğa ermənilər üçün asan başa gəlməyəcək.

Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |