13.01.2015 [13:37] - İdman
Əhməd Çakar: "Ceroma öküz demişəm, nə olsun ki. İnanın, öküzləri təhqir edirəm bununla"
Türkiyəli hakim və futbol şərhçisi Əhməd Çakar FİFA-nın baş katibi Cerom Valkenin hərəkətinə "öküzlükdür" deyib.
ANS PRESS-in məlumatına görə, tədbirlərin birində Cerom Valke UEFA-nın vitse-prezidenti Şenes Erziki çiynindən tutaraq kənara çəkib. Bu isə Əhməd Çakarı hiddətləndirib. O da Bəyaz TV-də yayımlanan "Dərin futbol" proqramında Cerom Valkenin hərəkətini "öküzlük" adlandırıb.
Hətta bununla da hirsi soyumayan türk futbol şərhçisi Cerom Valkeyə öküz deyib. Daha sonra isə bu sözü bir neçə dilə tərcümə edərək də səsləndirib.
Hadisə "Twitter"də də paylaşandan sonra Fransa da daxil olmaqla bir çox Avropa kanalları bu hadisə və Əhməd Çakarın işlətdiyi ifadəni yayımladı.
Proqram aparıcısı məhkəməyə verilə biləcəyini deyəndə isə Əhməd Çakar daha sərt tənqid edibb. "Ey Fransız kanalları, məhkəməyə verməsəniz adam deyilsiniz. Mənim peyğəmbərimin karikaturasına "ifadə azadlığı" deyirsiniz. Ceroma öküz demişəm, nə olsun ki. İnanın, öküzləri təhqir edirəm bununla. Öküzlərdən üzr istəyirəm. Fransa dövlət başçısı Türkiyədən üzr istəməlidir", - deyə cavab verib.

Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |