Şrift:
Beynəlxalq Diaspor Mərkəzi(BDM)nin AÇIQLAMASI
14.01.2015 [03:54] - Xəbərlər, Diaspor, Bildiriş
Mətbuat üçün açıqlama
Hörmətli KİV nümayəndələri,
Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK), Türkiyə Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin birgə təşkilatçılığı ilə “Girovlarımıza azadlıq, ikili standartlara yox” adlı konfrans keçiriləcək.
Konfransda, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxın qohumları, QHT nümayəndələri, ekspertlər iştirak edəcək. Girovların tezliklə azad edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.
Konfrans 14 yanvar 2015-ci il, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında keçiriləcək.
Konfransı işıqlandırmağınızı sizdən xahiş edirik.

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed