31.12.2011 [13:40] - Gündəm
Norveçin cənub-qərbindəki Roqlann əyalətinin inzibati mərkəzi Sola şəhərindən cənubda güclü partlayış baş verib. Polis 3 kilometr radiusda yerləşən qəsəbələrin sakinlərindən güclü partlayış barədə məlumatlar alıb. Hələlik polis partlayışın dəqiq yerini müəyyən edə bilməyib. Polis nümayəndələri partlayışın gücünə görə dinamit və ya partlayıcı qurğudan söhbət getdiyini bildiriblər. Polis orqanları partlayışın yaşayış məntəqəsindən kənarda baş verdiyini güman edirlər. Gecə vaxtı olduğu üçün axtarışlar dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |