Şrift:
İran dünya liderləri ilə danışıqlara hazırdır
31.12.2011 [13:46] - Gündəm
İranın xarici işlər naziri Əli Əkbər Salehi İslam Respublikasının nüvə proqramına dair «altılıq»la (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya) danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Bu barədə Tehran Times qəzeti yazıb.

Salehi bu bəyanatı Çinin xarici işlər nazirinin müavini Çjay Tszyunla söhbətdə səsləndirib. O Tehranın danışıqlarda əsas kimi Moskvanın təklif etdiyi mərhələli plana üstünlük verdiyini bildirib.

Plan İranın öz nüvə proqramı barədə məlumat verməsinin əvəzində bu ölkəyə qarşı sanksiyaların tədricən yumşaldılmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed