Şrift:
İran XİN başçısı Əfqanıstana gedəcək
14.01.2015 [15:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın vaxtlarda Əfqanıstana səfər edəcək.
ISNA agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik məbuat konfransında deyib.

M.Əfxəm bildirib ki, hazırda səfərin proqramı hazırlanır və bu səfər tezliklə baş tutacaq: “İran və Əfqanıstanın yeni hökuməti arasında müzakirələr davam etdirilir. Əfqanıstan və İran iki qonşu ölkədir və iki ölkənin münasibətləri davamlı şəkildə inkişaf etməkdədir. Hazırda iki ölkənin əməkdaşlıq və dostluq əlaqələrinin hərtərəfli inkişafı üçün sənəd hazırlanır”.

O, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin də İrana səfər edəcəyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed