Şrift:
İranda zəlzələ olub
16.01.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranın İlam əyalətinin Murmuri şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə IRNA məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 05:15 radələrində baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında İranın qərbindəki İlam əyalətinin Murmuri şəhərində 6,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 260 nəfər xəsarət almışdı ki, onlardan 13 nəfərinin vəziyyəti ağır qiymətləndirilirdi. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkmişdi.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed