Şrift:
Azərbaycan hərbçiləri bir sıra ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə iştirak edəcəklər
16.01.2015 [15:50] - Gündəm, Hərb
Bu il Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, 2015-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlimin keçirilməsi nəzərdə tutulur.

«IŞIK-2015» və «Anadolu Kartalı-2015» adlanan Hərbi Hava Qüvvələri təlimlərində iki ölkənin hərbiçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək Milli Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin heyətinin iştirakı da planlaşdırılır.

Bundan başqa, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed