17.01.2015 [00:31] - Gündəm, Bildiriş
Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur ötən günlərlə müqayisədə nisbətən enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, yanvarın 17-si və 18-də əsasən dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bakıda əsasən yanvarın 17-də havanın yağıntılı olacağı gözlənilir.
Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.
XXX
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |