Şrift:
Danimarka növbəti 6 ay ərzində Avropa Birliyinə rəhbərlik edəcək
02.01.2012 [12:37] - Gündəm
Quruma altı ay rəhbərlik edəcək Danimarkanın fəaliyyəti dövründə əsas prioritetləri iştirakçı dövlətlərin maliyyə intizamının möhkəmləndirilməsi, mövcud maliyyə böhranı ilə mübarizə, iqtisadi inkişafın stimullaşdırılması olacaq. Danimarkanın qarşısına qoyduğu digər mühüm vəzifələr sırasında işsizliyin səviyyəsinin azaldılması, əhalinin qocalması problemlərinin həllinə yönəlmiş addımların atılması, Avropa Birliyinin qlobal miqyasda rəqabətə davamlılığının artırılması, bərpa olunan enerji mənbələri sahəsinə dair layihələrə yatırılan investisiyaların həcmini artırmaq olacaq. Danimarkanın inteqrasiya sahəsində əsas prioritetləri demokratik dəyərlərin möhkəmləndirilməsi, radikallaşmanın qarşısını almaq olacaq.

Xatırladaq ki, Danimarka ATƏT-ə sədrliyi Polşadan təhvil alacaq.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed