17.01.2015 [11:46] - Gündəm, İslam dini, DAVAMın yazıları
Sədrəddin Sübhəmin şeir dünyasına daxil olarkən şairin İslam əxlaqı və təfəkkürü ilə əhatə olunmuş bədii lövhələrində haqqa çağırış başlıca yer tutur. Sədrəddin bəy Qurai-kərimi oxuyarkən bəzi hikmətlərə xüsusi nəzərlə yanaşaraq dərin məntiqi təhlildən keşirib bədii dillə həqiqəti təqdim etmişdir. Eləcə də, dövrün tarixi gedişatına da münasibər bildirmişdir. VII əsr İslam dininin hələ təşəkkül tapdığı bir dövrdə bəzi üzdə İslamı qəbul edib içində başqa əqidədə olan insanlar Peyğəmbər(ə) dünyasını dəyişdikdən sonra İslama zərər vuran mövqelərdə dayanmışlar. Həmin zərərli hərəkətlərin zərbələri hələ də öz təsirini davam etdirməkdədir. Lakin İslam dininin qanunlarını (vəhylərini) -ibrət və hikmətlərini dərk edib haqq yolu tutan mömin insanlar daha çoxdur, onları qoruyan Tanrının nəzəri daim haqq-ədalətin üzərindədir. Bəşəriyyət tarixinə diqqət edən zaman nə qədər zalım hökmdarların, şeytan yolu gedən insanların elə bu dünyada da faciləli həyatı haqqında məlumatlar var; o dünyaları barəsində isə cəzaları da labüddür...
Sədrəddin bəyin “Anılmayan etiraf” şerində bu mövzu ilə bağlı bədii münasibətini təqdim etməklə şairin haqq səsini az da olsa, dinləmiş olarıq.
ANILMAYAN ETİRAF
Tarixin toz basmış vərəqləri
qaşınsa, qaynadar qaynar “Səqər”i.
Bəşər bəri başdan anlayıb- bilər
anlını yazılmış qəza-qədəri!
Onun qaysaq laylı qaltanlarından
qərtmək qoparılsa, irin, qan axar.
Suluqlamış səthin alt qatlarından
vulkanlar püskürər, şimşəklər çaxar...
Hər kəs gördüyünə: “tanışdır” desə,
başına bir bəla açar, nədisə...
“anlaşızlıq” ya da, yanlışlıq bilsə,
Təkrar bir möhtaclıq, duyar hadisə!
Aransa onların möhtəbərliyi,
Yenə dərd yarıydı, dözmək olardı...
İmandır dünyada fövqəltəbii,
İmana söykənib çözmək olardı.
Amma nə faydası, onların sayı
On mini, yüz mini çoxdan keçibdi.
Hərəsinin yüz-yüz oxşarı, tayı-
Kim nədən xoşlanıb, onu seçibdi...
Bu üzdən Peyğəmbər lap əzəl başdan
qadağan edibmiş hədis yazmağı.
Ona zor gələrmiş hər bir savaşdan
ümmətinin haqq yolundan azmağı.
Fəqət, ərk əhlinin bəhanələri
Onun çox sözünü sönükləşdirib.
Hətta bəzi-bəzi səhabələri
özü həyatdaykən dönükləşdirib.
Hüdeybiyyə rəvac veribmiş buna,
Bəhs etmək olarmış lap Nəbiylə də...
Allah buyurduğu “Qədiri-Xum”a
“fel” də deyilərmiş, hələ “hiylə” də...
Sonra da Üsamə söz-söhbətinin
höccət həddini də aşırtdırıblar.
Dərd üstə dərd təpib qəlb möhnətini,
dünyadan nisgil də daşırtdırıblar.
Onun təyinatı bəyənilməyib,
Böyük bir orduya başçılıq üçün...
Peyğəmbər əmrinə baş əyilməyib,
Çoxları ziddinə çıxıb bu “köçün”...
O gəncə bəslənən böyük etimad.
Şübhəli görsənib bəzi “dostlara”...
Slində “Sərkərdə” sayağı bir ad
Xalis paxıllığa dönüb bu ara...
Vəhyə tən sayılan bu şəksiz inam
Peyğəmbərə irad tutulub aşkar...
Alt-üst elədilib İslamı inam,
Şəhər civarında salınıb ləşkər...
Nəbimizin cihad göstərişinə
bu dəfə öz sahabəsi yad qalıb...
Kimciklər qulp qoyub onun işinə-
İslami inamdan quru ad qalıb...
Saya salınmayıb Peyğəmbər sözü,
İnadla, təkidlə söylənilsə də.
Qızdırma içində durub o özü,
Xütbəyə gəldiyi söylənilsə də...
Əshab Peyğəmbərlə razılaşmayıb,
Bu dərd başdan deyil, söylənin sondan...
Vəsiyyəti belə yazılaşmayıb,
Əsirgənib kağız, qələm də ondan...
“Yəhuci”-söylənib üzünə Həzrətin,
Dürüst xətir-hörmət gözlənilməyib.
Bunu anlamağa hər bir həsrətin
İzi it-bat olub izlənilmədən...
Qurandan xəbəri olmayan yağı
Bilməz kimlər ölmür, ölümsəyirlər.
Hətta möminlər də ölüm qabağı
Ağrı-acı çəkmir gülümsəyirlər...
Peyğəmbərin köçə hazırlığından
Bütün sahabələr xəbərdar olub,
Yan keçənlər onun narazılığından
Hərə özlüyündə bir sərdar olub...
Onun rixləti belə “söz-söhbət” tək yayılıb,
Onusananlar olub, ancaq “zənnə qapılma”
Adidən də çox adi savab işi sayılıb
O Həzrətin cənazə namazına qatılma.
Görəsən o kəsləri necə sanmaq olarmış,
Qurandan, ya kitabdan az-çox xəbəri olan?
“Səqafə” eyvanı da pərçimləşib dolaşmış,
Yas yerində yox ikən beş-üç saç-saqqal yolan...
Axı, dünyasını dəyişən insan,
Bizlərdən biri yox, Peyğəmbər idi,
Onun namazından savab qazanan
Cənnətdə şəhidə bərabər idi...
Hələ peyğəmbərlik qalsın bir yana,
O, həm də Allahın son Rəsuludur.
Aşkara, gizliyə, hətta üryana
Doğru ad verməyin tək məsuluydu!
Peyğmbərin dəfnini dörd-beş nəfər Haşimi,
Üç-dördcə də dost-tanış öhdəsinə götürdü.
Qalanları qurşanıb seçməyə “baş hakimi”,
Savablar zirvəsinin fəth anını ötürdü...
Bununla da zəmanə qara bir qələm çəkdi.
Peyğəmbərin Qədir-xum qərarının üstündən...
Bilsələr də Sühufda hər ayə bir ləçəkdi.
Toparladıb onun da yapışdılar büstündən...
Bəşərin indi-indi bülənd olduğu zirvə
Beləcə tərk edildi, bələdçisiz, filansız...
Uçurumun dibindən baxıb xaçpərəst kirvə
Dedi:-Necə də artıb dünyada din-imansız!..
Sədrəddin bəyin “Anılmayan etiraf” şerində bu mövzu ilə bağlı bədii münasibətini təqdim etməklə şairin haqq səsini az da olsa, dinləmiş olarıq.
ANILMAYAN ETİRAF
Tarixin toz basmış vərəqləri
qaşınsa, qaynadar qaynar “Səqər”i.
Bəşər bəri başdan anlayıb- bilər
anlını yazılmış qəza-qədəri!
Onun qaysaq laylı qaltanlarından
qərtmək qoparılsa, irin, qan axar.
Suluqlamış səthin alt qatlarından
vulkanlar püskürər, şimşəklər çaxar...
Hər kəs gördüyünə: “tanışdır” desə,
başına bir bəla açar, nədisə...
“anlaşızlıq” ya da, yanlışlıq bilsə,
Təkrar bir möhtaclıq, duyar hadisə!
Aransa onların möhtəbərliyi,
Yenə dərd yarıydı, dözmək olardı...
İmandır dünyada fövqəltəbii,
İmana söykənib çözmək olardı.
Amma nə faydası, onların sayı
On mini, yüz mini çoxdan keçibdi.
Hərəsinin yüz-yüz oxşarı, tayı-
Kim nədən xoşlanıb, onu seçibdi...
Bu üzdən Peyğəmbər lap əzəl başdan
qadağan edibmiş hədis yazmağı.
Ona zor gələrmiş hər bir savaşdan
ümmətinin haqq yolundan azmağı.
Fəqət, ərk əhlinin bəhanələri
Onun çox sözünü sönükləşdirib.
Hətta bəzi-bəzi səhabələri
özü həyatdaykən dönükləşdirib.
Hüdeybiyyə rəvac veribmiş buna,
Bəhs etmək olarmış lap Nəbiylə də...
Allah buyurduğu “Qədiri-Xum”a
“fel” də deyilərmiş, hələ “hiylə” də...
Sonra da Üsamə söz-söhbətinin
höccət həddini də aşırtdırıblar.
Dərd üstə dərd təpib qəlb möhnətini,
dünyadan nisgil də daşırtdırıblar.
Onun təyinatı bəyənilməyib,
Böyük bir orduya başçılıq üçün...
Peyğəmbər əmrinə baş əyilməyib,
Çoxları ziddinə çıxıb bu “köçün”...
O gəncə bəslənən böyük etimad.
Şübhəli görsənib bəzi “dostlara”...
Slində “Sərkərdə” sayağı bir ad
Xalis paxıllığa dönüb bu ara...
Vəhyə tən sayılan bu şəksiz inam
Peyğəmbərə irad tutulub aşkar...
Alt-üst elədilib İslamı inam,
Şəhər civarında salınıb ləşkər...
Nəbimizin cihad göstərişinə
bu dəfə öz sahabəsi yad qalıb...
Kimciklər qulp qoyub onun işinə-
İslami inamdan quru ad qalıb...
Saya salınmayıb Peyğəmbər sözü,
İnadla, təkidlə söylənilsə də.
Qızdırma içində durub o özü,
Xütbəyə gəldiyi söylənilsə də...
Əshab Peyğəmbərlə razılaşmayıb,
Bu dərd başdan deyil, söylənin sondan...
Vəsiyyəti belə yazılaşmayıb,
Əsirgənib kağız, qələm də ondan...
“Yəhuci”-söylənib üzünə Həzrətin,
Dürüst xətir-hörmət gözlənilməyib.
Bunu anlamağa hər bir həsrətin
İzi it-bat olub izlənilmədən...
Qurandan xəbəri olmayan yağı
Bilməz kimlər ölmür, ölümsəyirlər.
Hətta möminlər də ölüm qabağı
Ağrı-acı çəkmir gülümsəyirlər...
Peyğəmbərin köçə hazırlığından
Bütün sahabələr xəbərdar olub,
Yan keçənlər onun narazılığından
Hərə özlüyündə bir sərdar olub...
Onun rixləti belə “söz-söhbət” tək yayılıb,
Onusananlar olub, ancaq “zənnə qapılma”
Adidən də çox adi savab işi sayılıb
O Həzrətin cənazə namazına qatılma.
Görəsən o kəsləri necə sanmaq olarmış,
Qurandan, ya kitabdan az-çox xəbəri olan?
“Səqafə” eyvanı da pərçimləşib dolaşmış,
Yas yerində yox ikən beş-üç saç-saqqal yolan...
Axı, dünyasını dəyişən insan,
Bizlərdən biri yox, Peyğəmbər idi,
Onun namazından savab qazanan
Cənnətdə şəhidə bərabər idi...
Hələ peyğəmbərlik qalsın bir yana,
O, həm də Allahın son Rəsuludur.
Aşkara, gizliyə, hətta üryana
Doğru ad verməyin tək məsuluydu!
Peyğmbərin dəfnini dörd-beş nəfər Haşimi,
Üç-dördcə də dost-tanış öhdəsinə götürdü.
Qalanları qurşanıb seçməyə “baş hakimi”,
Savablar zirvəsinin fəth anını ötürdü...
Bununla da zəmanə qara bir qələm çəkdi.
Peyğəmbərin Qədir-xum qərarının üstündən...
Bilsələr də Sühufda hər ayə bir ləçəkdi.
Toparladıb onun da yapışdılar büstündən...
Bəşərin indi-indi bülənd olduğu zirvə
Beləcə tərk edildi, bələdçisiz, filansız...
Uçurumun dibindən baxıb xaçpərəst kirvə
Dedi:-Necə də artıb dünyada din-imansız!..
Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |