17.01.2015 [13:31] - Gündəm, Siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm bir tarixi səfər idi. Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O, qeyd edib: "Möhtərəm Prezident İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı onu deyə bilərəm ki, bu səfər çox möhtəşəm bir tarixi səfər idi. Hər şeydən əvvəl bu səfər yeni ildə Azərbaycan Prezidetinin ilk səfəri idi, özü də bu səfər dövlət səfəri oldu.
N.Məmmədovun sözlərinə görə, bu səfər həm forma, həm də məzmun etibarilə təkcə Azərbaycan-Türkiyə əlaqələri çərçivəsində deyil, beynəlxalq münasibətlərdə də özünə yer tutan bir səfər oldu: "Yəni bu səfər Prezidentin qarşılanma mərasimi, danışıqlar, onların məzmunu, əldə edilən nəticələr, qarşıya qoyulan məqsədlər baxımından və Azərbaycanla Türkiyə arasında əməkdaşlığın 2020-ci ilə, hətta ondan sonra da inkişaf perspektivlərinin müəyyən olunması istiqamətində çox mühüm bir addım oldu".
PA-nın Xarici əlaqələr şöbəsinin müdiri qeyd edib ki, bu səfər əslində Azərbaycanla Türkiyə arasında bizim müstəqilliyimiz dövründə gedən proseslərin bir tacı idi: "Burada çox məmnunluq doğuran elə odur ki, bu istiqamətdə ilk günlərdən indiyə qədər atılan addımlar, nəhayət, belə bir uğurlu zirvəyə gəlib çıxa bildi. Yəqin ki, bunun da əsas səbəblərindən biri odur ki, belə bir əməkdaşlığın əsasını ulu öndər Heydər Əliyev qoyub. Düşünürəm ki, Heydər Əliyevin uzaqgörənliyinə heç kimin şübhəsi yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin bu səfəri cari ilin əvvəlində birinci səfər olsa da, Türkiyə tərəfi üçün də elə birinci səfər idi".

Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |