Şrift:
Əli Abbasov: "Azerspace-1" gələn ildən gəlir gətirəcək
19.01.2015 [01:30] - Gündəm, İqtisadiyyat
"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq. Bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda peykin köməyi ilə göstərilən xidmətlərin kommersiyalaşdırılması üzrə fəal işlər aparılır.

Nazir qeyd edib: "Əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed