20.01.2015 [11:30] - Xəbərlər, Bildiriş
ATU Tədris-Cərrahiyyə Klinikasında 20 Yanvar şəhidlərimizin əziz xatirəsi yad edildi.
Yanvarın 19-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının akt zalında 20 Yanvar faciəsinin 25 illiyi münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Korpusunun qarşısında şəhid tələbələrin xatirəsinə yenicə ucaldılmış abidənin açılışını etdilər. Açılış nitqində çıxış edən ATU rektoru, akademik, Milli Məclisin üzvü Əhliman Əmiraslanov qanlı-qadalı illərdə suverenliyimiz uğrunda fədakarlıq edən həkimlərimizin və gələcəyin həkimləri olan tələbələrin fəaliyyətindən danışdı. Qeyd etdi ki, adları bu abidəyə həkk olunmuş şəhid tələbələrimiz müasir gəncliyimiz üçün əsl örnəkdir. Abidənin üzərinə adları həkk olunmuş ATU 9 nəfər tələbənin 2-i 20 Yanvar şəhidi, digərləri isə 1992-1993-cü illlərdə Qarabağ müharibəsi şəhidləridir. Daha sonra tədbir ATU Tədris Cərrahiyyə Klinikasının böyük akt zalında davam etdirildi. Tədbirdə klinikanın əməkdaşları tərəfindən 20 yanvar şəhidlərinin xatirəsinə hazırlanmış video klip nümayiş etdirildi. Tədbirdə Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov, millət vəkili Məlahət Həsənova və universitetin kafedra müdirləri, ATU klinikalarının həkimləri və tələbələr iştirak edirdi.
ATU rektoru Əhliman Əmiraslanov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələri, həmin günlərdə xalqımızın göstərdiyi əzmkarlıq və 20 Yanvar faciəsinə verilən siyasi qiymətdən söz açdı. O vurğuladı ki, 20 Yanvar hadisələrinin canlı şahidi olan biz yaşlı nəslin nümayəndələruinin üzərinə böyük məsuliyyət düşür: “Həmin günlərin canlı şahidləri olaraq bizlər gənc nəsilə 20 Yanvar hadisələrini təkcə faciə kimi yox, həm də xalqımızın şanlı bir səlnaməsi kimi tanıtdırmalıyıq. Çünki müstəqilliyimizin əldə olunması və qorunmasının əsasları həmin illərdən qalıb. 20 yanvar hadisələri və həmin hadisələrdə verdiyimiz şəhidlərin sayəsində dövlət müstəqilliyimizə daha tez qovuşmuş olduq. O günlərdə xeyli sayda şəhid verib qəm-qüssə içərisində olsaq da, biz eyni zamanda qürur hissi keçirdik. 20 Yanvar bizim şanlı tariximizdir. Şəhidlərimizn ruhu qarşısında, onların cəsarəti, fədakarlığı qarşısında baş əyirik. Bu günki müstəqilliyimiz, ölkəmizin rifahı şəhidlərimizin axıtdığı qanların bahasına başa gəldi. Şəhidlərin fədakarlığı öz bəhrəsini verdi. İllər keçəcək və biz həmişə şəhidlərimizi qürurla xatırlayacağıq.”
Əhliman Əmiraslanov daha sonra 1990-cı il 20 Yanvar hadisələri zamanı həmin illərdə ümumilli lider Heydər Əliyevin Moskvada böyük cəsarət nümayiş etdirib Sovet hakimiyyətinə qarşı verdiyi bəyanatından da bəhs etdi: “Həmin hadisələr zamanı mən həkimlik fəaliyyətimlə bağlı Azərbaycanın hüdudlarından kənarda idim. Böyük həyacanla hadisələrin gedişatını izləyirdik. 20 Yanvar qırğınından sonra Ümumilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Mərkəzi höküməti sərt şəkildə qınadı və öz xalqının yanında olduğunu bəyan etdi. Onun bu cəsarətli addımı xaricdə yaşayan biz azərbaycanlıları da millətimizin bu ağır hüznlü günündə bir araya gətirdi.”
ATU Tədris-Tərrahiyyə Klinikasında keçirilən tədbirdə daha sonra millət vəkili Məlahət Həsənova da çıxış edərək bildirdi ki, 20 Yanvar hadisələri Ulu öndər Heydər əliyevin iradəsilə öz siyasi qiymətini aldı. O daha sonra qeyd etdi ki, tarix keçmişdən dərs almaq üçündür: “20 Yanvar ədalətsizliyə, haqsızlığa qarşı millətimizin bir etirazı idi. Azərbaycan xalqı bir millət kimi öz sözünü deməyə qadirdir. Qürur və qəhrəmanlıq tariximizdir.”
Tədbirdə daha sonra ATU Kafedra müdiri, professor İsfəndiyar İsmayılov çıxış edərək bildirdi ki, qanlı 20 yanvar hadisələri zamanı xalqımız o günlərdə əzildi, vəhşiliyə məruz qaldı ancaq əyilmədi. Güclü olduğumuzu təsdiq etməklə qanlı Yanvarı şanlı Yanvara çevirdik.”
ATU-nun Ümumi Cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov vurğuladı ki, 20 yanvar hadisələri Sovet hakimiyyətinin böyük səhvi oldu: “ Biz bu hadisələrdən qürurla çıxdıq və ruslara qələbə çaldıq. Müstəqilliyimiz tezləşdi. 20 Yanvar bizim şanlı tariximizə çevrildi”.
Sonda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |