20.01.2015 [11:39] - Xəbərlər, Sosial
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Öncə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan şura sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həmdə Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılması haqqında, terror hadisəsinin Ümumxalq hüzn günü kimi əbədiləşdirilməsi və eləcə də ölkədə ona ilk siyasi və hüquqi qiymətin verilməsində ulu öndər H.Əliyevin xüsusi rolundan danışıb. Ümumilikdə, Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərdən və gənclərin bu işdə xüsusi fəallıq göstərməsindən danışan sədr, qeyd edib ki, Azərbaycan gəncliyi və o cümlədən elmi gənclik ölkənin tarixi və mədəni irsinə qarşı həssasiyyətini qorumalı və bu yöndə tərbiyyələndirilməlidir.
Daha sonar Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, hüquq elmləri üzrə fəlsəfə doktoru Aqil Əhmədov, tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı və MEK-in elmi işçisi Günay Allahverdiyeva faciə günündə ölkənin milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış, dinc əhaliyə qarşı törədilmiş terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi, sovet rejiminin ənənəvi mənfur siyasətinə dair fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər. Sonda, 25 il bundan öncə törədilmiş qanlı hadisələrə aid videoçarx nümayiş etdirilib.
Gənc Alim və Mütəxəssislər Şurası

Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |