02.01.2012 [13:51] - Gündəm
İran bu gün Hərbi Hava Qüvvələrinin (HHQ) "Vilayət-90" adı altında keçirdiyi təlimlər çərçivəsində "Qadir" uzunmənzilli raketini buraxıb. Bu barədə bazar ertəsi İranın Hərbi Dəniz Donanmasının rəsmi nümayəndəsi Mahmud Musəvi deyib.
"Qadir" adlı uzunmənzilli raket yüksək sürətlə və dəqiqliklə donanmalara, hərbi katerlərə və digər dəniz obyektlərinə hücum etməyə qadirdir. "Yer-dəniz" və "dəniz-dəniz" növlü raketlər vertolyotlarda da quraşdırıla bilər.
Musəvinin sözlərinə görə, bu gün "Nur" modeli olan "yer-yer" raketi və yaxınmənzilli "Nəsr" raketi də sınaqdan keçiriləcək.
İran HHQ-nin 10 günlük "Vilayət-90" təlimləri dekabrın 24-də başlanıb.
Manevrlərin zonası beynəlxalq sularda Hörmüz boğazından Oman körfəzinə qədər təxminən 2 min kvadrat kilometr ərazini təşkil edir.
İran iddia edir ki, təlimlər müdafiə və dinc xarakterlidir.

Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |