Şrift:
Ukrayna Ali Radasında Xocalı soyqırımına dair qərarın qəbul edilməsi müzakirə olunub
21.01.2015 [00:24] - Gündəm, Siyasət
Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi üçün bütün səylər birləşdirilməlidir. Bunu Ukrayna Ali Radasının Gömrük və vergi siyasəti komitəsinin sədri, milliyyətcə azərbaycanlı olan deputat Roman Nəsirovla görüşündə Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov deyib.

E.Məmmədov deyib ki, artıq bir neçə ölkə parlamenti Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib: "Bu gün Azərbaycan və Ukrayna arasında dost, qardaş münasibətlər mövcuddur. Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ukrayna parlamentində də Xocalı soyqırımına dair qərarın qəbul edilməsinə nail olmalıdırlar".

Diaspor rəhbərinin sözlərinə görə, Xocalı soyqırımına dair sənəd hazırlanaraq Ukrayna parlamentinə tətbiq edilməlidir.

Roman Nəsirov öz növbəsində bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğal etdiyi üçün müvafiq beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana mütləq sanksiya tətbiq etməlidir. Bu işdə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fəal olmalıdır.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed