Şrift:
Fərəc Quliyev: -Bizdə diasporanın inkişaf dinamikası ermənilərdən üstündür-
21.01.2015 [13:18] - Xəbərlər, Diaspor, Özəl xəbər, Fərəc Quliyev
“Ermənilərin qondarma “soyqırımı” iddialarına Çanaqqala savaşının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər ən böyük cavabdır”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

F.Quliyev qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi bu tədbirlərə, eyni zamanda G 20-lərin sammitinə dəvət etməsi, xüsusi önəm daşıyır: “Bu o deməkdir ki, artıq ölkələrimiz xarici siyasətlərində fəaliyyətlərini koordinasiya etməyə başlayıblar. Bu səfər zamanı bağlanan əməkdaşlıq müqavilələri, iki ölkə prezidentinin bəyan etdiyi kimi, hərbi sənaye məhsullarının birgə istehsalından tutmuş, bir çox ciddi məsələlərdə strateji əməkdaşlığın artıq əməli mərhələyə keçməsi ermənilərin hay küyünə ən tutarlı cavabdır. Yəni, qondarma “soyqırımı” adı altında erməni şüvəninə türk dövlət başçılarının əməli nəticələrlə, əməli fəaliyyətlə cavab verməsindən mühüm bir şey ola bilməz”.

“Artıq Azərbaycan diplomatiyası da bu mövqedən çıxış edir. Azərbaycan tərəfi ermənilərin 10 illərlə formalaşdırdığı diaspora fəaliyyətinə çox qısa zamanda özünün dinamikası ilə cavab verdi. Bizdə diasporanın inkişaf dinamikası ermənilərdən üstündür. Bu məsələlərdə ermənilərin çox gecikdiyinin fərqindəyəm. Hesab edirəm ki, dünya da bunun fərqindədir” - deyə, F. Quliyev vurğulayıb.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed