03.01.2012 [11:16] - Xəbərlər
Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlamasını rəsmi olaraq alqışlayıblar.
Qeyd edək ki, Azərbaycan və digər dörd ölkə - Mərakeş, Qvatemala, Pakistan və Toqo yanvarın 1-dən Təhlükəsizlik Şurasında iki il müddətinə səlahiyyətlərinin icrasına başlayıb.
BMT İnformasiya Mərkəzindən verilən məlumata görə, Təhlükəsizlik Şurası yanvarın 4-də toplaşacaq.
Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir.
Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.

Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |