21.01.2015 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rusiya və İran hərbi sahədə əməkdaşlıqla bağlı müqavilə imzalayıb.
Rəsmi hökumətlərarası akt Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı (sərdar, sərtip) Hüseyn Dehqan arasında Tehranda imzalanıb.
“Hərbi sahədə qarşılıqlı fəaliyyətin nəzəri əsası qoyuldu. Biz Rusiya və İran limanlarına hərbi gəmilərin daxil olması praktikasını (əməlini) genişləndirmək barədə qərara gəlmişik”, - deyə Sergey Şoyqu sənədlə bağlı bildirib.
Danışıqlar zamanı tərəflər, həmçinin, iki ölkənin hərbi idarələrinin qarşılıqlı praktiki fəaliyyətin gücləndirilməsi, nümayəndə heyətlərinin səfərləri, bu sahədə danışıqların aparılması, müşahidəçi qismində təlimlərdə iştirak, hərbi kadrların hazırlanması, sülhməramlı sahədə təcrübə mübadiləsi və terrorla mübarizə sahələrində əməkdaşlıq barədə razılığa gəliblər.
General Serqey Şoyqu isə deyib ki, tərəflər arasında imzalaman memorandumda beynəlxalq terrorçuluğa, separatçılığa (bölücülük) qarşı birgə mübarizə aparılması nəzərdə tutulub. Rusiya və İranın hərbi sahədə əməkdaşlığı regionda və dünyada sülhün təmin olunmasına yönəldilib.
Bu müqavilədə əsas gözə çarpan məqamlardan biri “bölücülüklə mübariz” məsələsidir. İran mediası bu barədə geniş məlumat verməsə də, bu məsələnin Azərbaycan Milli Hərəkatı ilə bağlı olması ehtimal edilir. Milli Hərəkatın güclənməsini görən İran rəhbərliyi onu zəiflətmək üçün bütün imkanlardan istifadə etmək niyyətindədir.

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |