22.01.2015 [10:38] - Gündəm, Hərb
Bu barədə “Azov” könüllülər batalyonunun “Facebook” səhifəsində məlumat verilib. “Ukrayna döyüşçüləri cəmi bir il əvvəl gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etməyə məcbur olublar. Qəhrəmanlıq epopeyası 242 gün davam edib. Bu, Böyük Vətən müharibəsində Stalinqrad və Moskvanın müdafiəsi müddətindən daha çoxdur”, - deyə açıqlamada bildirilir.
“Censor.net” saytının baş redaktoru Yuri Butusov da məlumatı təsdiqləyib: “Yeni və köhnə terminal, dispetçer qülləsi və müdafiə üçün dayaq məntəqəsi rolunu oynayan nə varsa, hamısı məhv edilib. Aeroport birbaşa atəş altındadır və yeni terminalın xarabalıqlarının sağ qalan son müdafiəçiləri yalnız bu gün oranı tərk ediblər”.
Y. Butusov yeni terminalın mühasirə həlqəsini yarmaq üçün uğursuz əməliyyatlar təşkil edən Baş Qərargah rəisi Viktor Mujenkonu ittiham edib. O, bu barədə Baş Prokurorluğa müraciət edəcəyini söyləyib.

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |