22.01.2015 [12:07] - Gündəm, Mədəniyyət
"Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarıla bilər".
Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov danışıb.
N.Cəfərov qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə YUNESKO-da xeyli geniş işlər görülüb, muğamın beynəlxalq nüfuzu xeyli qaldırılıb və muğam qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “Yəni biz çalışırıq ki, həmin işlərin ardınca da qanun qəbul olunsun ki, görülən işlər daha da möhkəmləndirilsin. Əslində, muğamın inkişafının qanunla da təsbit olunmasına ehtiyac var. Çünki muğam bizim mənəvi varlığımızdır”.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsində muğam sənətinin inkişafı ilə bağlı həm mədəni, həm ideoloji, həm texniki, həm də kadr hazırlığı məsələləri var: “Bu qanun layihəsində hansı istiqamətlərin inkişaf etdirilməsi təsbit olunub. Çalışacağıq ki, yaz sessiyasında bu qanun layihəsinə baxılsın”.

Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |