22.01.2015 [16:12] - Gündəm, Siyasət
“Bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir”.
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.
Ə. Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub. “Şura üzvləri hər bi təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb. Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdiklərə qrantlara baxın. İllərdir o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki, Azərbaycan dövlətinin bütövlüyünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan işğal altındakı Dağlıq Qarabağı "təmsil edən" "QHT-lər"lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti”.
Ə. Həsənov qeyd edib ki, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır: “Təkrar edirəm, hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Qondarma “DQR”i təmsil edən şəxslər və “QHT”-lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr! Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq sözlərlə həyata keçirilir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir”.
Ə.Həsənov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Qərb ölkələrində insan hüquqlarının, o cümlədən III sektorun fəaliyyəti təhlil edilib: "Bu təhlil qərəzli şəkildə yox, tam obyektiv, heç bir kənar müdaxilə olmadan, əvvəlcədən müəyyən olunmuş mülahizə ortaya qoyulmadan həyata keçirilib. Təhlillər belə olmalıdır, kimisə idarə etmək, kiminsə müstəqil milli iradəsinə təzyiq göstərmək, kiminsə dövlət maraqlarını subyektiv mülahizələr istiqamətində dəyişmək məqsədilə yox".
PA rəsmisi bildirib ki, 2015-ci ildə bütün sahələrdə olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Şurasının və onun qrantları çərçivəsində fəaliyyət göstərən QHT-lərin qarşısında bir çox prioritetlər var: "Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən III sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi müxtəlif sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidirlər.
2015-ci ilin prioritetləri sırasında həm cəmiyyətdə, həm dövlət qurumlarının fəaliyyətində, həm də QHT sektorunun özündə şəffaflıq məsələsi yenə də qalır. Bununla bağlı bəzi təşəbbüslərimiz olub, Milli Məclis qanunlara dəyişikliklər edib. Bəzi subyektiv maraqlı qüvvələr bizi tənqid edirlər ki, biz bu sahədəki fəaliyyəti çətinləşdiririk. Xeyr. Biz heç bir şeyi çətinləşdirmirik. Biz şəffaflaşdırırıq. Hər bir fəaliyyət cəmiyyətə bəlli olmalıdır. Əgər cəmiyyətin bu fəaliyyətdən xəbəri yoxdursa, onun cəmiyyətin maraqlarına xidmət etməsi də sual doğurur. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu şuraların fəaliyyəti ayrı-ayrı sahələr üzrə QHT-lərin iştirakını da təmin edir. Mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, sosial strukturların fəaliyyətində, məktəbdən tutmuş ən yüksək dövlət orqanlarınadək şəffaflıq dövlətin vahid prinsipidir. Buna eyni zamanda QHT-lər də qoşulmalı, dəstək verməlidir".
Ə.Həsənov vurğulayıb ki, hər bir sahədə qanunçuluq olmalı, hər bir şey qanuna söykənməlidir: "Qanunlar pisdirsə, onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma heç kim heç kəsə heç bir əsas vermir ki, pis qanunu icra etməsin. Qanun varsa, icra olunmalıdır. QHT-lər də, dövlət strukturları da və ya ölkədə fəaliyyət göstərən xarici strukturlar da, mətbuat orqanları da, xarici donorlar da Azərbaycan qanunlarına hörmətlə yanaşmalı və onları icra etməlidir. Əks halda qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər".
Onun sözlərinə görə, Azərbaycan dövlətinin ölkə üzrə həyata keçirdiyi müəyyən aksiyalar var: "Ölkə başçısı Nazirlər Kabinetinin keçən ilin yekunları və növbəti illərdə qarşıya qoyulan vəzifələrə dair geniş iclasında bu prioritetlər haqqında açıqlamalar verib. Bilirsiniz ki, ayrı-ayrı illərdə yoxsulluğun, işsizliyin azaldılması, korrupsiya ilə mübarizə, qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi, bu il kənd təsərrüfatı, ondan qabaq rabitə və informasiya texnologiyalarının inkişafı Azərbaycanın prirotet siyasəti olub. Bunlar üzrə Azərbaycan Prezidentinin müvafiq sərəncamları imzalanıb. Ölkənin müvafiq qurumları da bu sahələr üzrə fəaliyyətini ümumiləşdirilmiş şəkildə prioritet vəzifə kimi qarşıya qoyur və həyata keçirir. Düşünürəm ki, QHT-lər də, eyni zamanda qrant fəaliyyətinin dəyərləndirilməsini həyata keçirən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri də, Müşahidə Şurası da dövlətin qarşısında duran bu prioritet vəzifələri, bu sahələr üzrə layihələrin elan olunması və QHT-lərin fəaliyyətinin stimullaşdırılması işini həyata keçirməlidir".
PA rəsmisi qeyd edib ki, Azərbaycan hakimiyyəti ümumiyyətlə, bu sahə üzrə fəaliyyətdən razıdır: "Biz nəinki bu sahə üzrə, mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir, iddia etmirik ki, Azərbaycanda heç bir problem yoxdur, Azərbaycan cəmiyyəti bu və ya digər problemlərdən sığortalanıb. Dünyanın hansı bir ölkəsi buna iddia edə bilər? Siz özünüz də bilirsiniz ki, mükəmməl cəmiyyət quruculuğu ideyasını qarşısına qoyan hakimiyyət ona çatmaq üçün fəaliyyət göstərir. Əgər hər şey mükəmməl olacaqdısa, hakimiyyətə də, dövlət strukturlarına da bəlkə heç bir ehtiyac qalmazdı. Bu sahədə bizim müvəffəqiyyətlərimiz problemlərimizdən qat-qat çoxdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniyada kansler Angela Merkellə keçirdiyi mətbuat konfransında ona bu barədə verilən sualı cavablandırmışdı. Sözün həqiqi mənasında bu gün biz şahidik ki, Azərbaycan cəmiyyətində sosial vəziyyət, insan hüquqları, söz və mətbuat azadlığı, demokratiya, III sektor - QHT-lər, vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki vəziyyət heç də həmin o maraqlı antiazərbaycan dairələrin qələmə verdiyi kimi pis deyil. Əskinə, Azərbaycanda o dövlətlərin çoxundan yaxşıdır. Bu sahədə QHT-lərə Dövlət Dəstəyi Şurasının xüsusi rolu var və bu rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Şura bundan sonra da bu tempi saxlayacaq və inkişaf etdirəcək".
Əli Həsənov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi görürlər: "Şura 7 ildir fəaliyyət göstərir. Gələn il Şura sədrinin ikinci fəaliyyət dövrü başa çatır. Bu, hər bir təşkilat üçün mühüm dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görübsə, deməli, iş görməyə və bundan sonra yaşamağa layiqdir və cəmiyyət buna münasibət bildirməlidir. Şura Azərbaycan cəmiyyətində öz yerini, lazımlı qurum olduğunu təsdiqləyib, Azərbaycan Prezidentinin Şura qarşısında qoyduğu əsas vəzifələri yerinə yetirib".
PA rəsmisi deyib ki, Şura ötən 7 ildə kifayət qədər səmərəli və müsbət fəaliyyət göstərib: "Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşməsinə 20 milyon manata yaxın vəsait sərf olunub. Azərbaycan dövlətinin QHT-ləri maliyyələşdirməsi təkcə Şura vasitəsilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilib. Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyasının, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyasının aparılması dövlət başçısının sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasına həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb. Bu gün 3 minə yaxın QHT qeydiyyatdan keçib”.

Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |