22.01.2015 [16:19] - Gündəm, Borçalı
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli zirvə toplantısı Gürcüstanın geosiyasi rolunu gücləndirir. Bu barədə Tbilisidə Gürcüstan Prezidenti Administrasiyası rəhbərinin müavini Georgi Abaşişvili bildirib.
G.Abaşişvili deyib ki, Gürcüstan Prezidenti xaricə səfərləri zamanı bu sammiti xatırladaraq ona böyük diqqət ayırır və böyük əhəmiyyət verir. Hədəfimiz Asiya və Avropa arasında körpü olan Gürcüstanın geosiyasi rolunu gücləndirməkdir ki, bu da region ölkələrinin yardımı ilə mümkündür”.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanla əməkdaşlığa xüsusi diqqət ayırır.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin zirvə toplantısı bu il Bakıda keçiriləcək. Dövlət başçılarının bundan əvvəlki zirvə toplantısı 2014-cü il mayın 6-da Tbilisidə keçirilmişdi.

Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |