Şrift:
İranda müəllimlər tətil etdilər
22.01.2015 [16:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın müxtəlif bölgələrində müəllimlərin böyük əksəriyyəti dolanışıqlarının ağır olmasına etiraz əlaməti olaraq tətil keçiriblər.

ILNA agentliyinin verdiyi məlumata görə, müəllimlər ötən iki gün ərzində İranın İslamşəhr, Robatkərim, Şəhrqods, Kərəc, Şəhriyar, Şiraz, Şahrud, Saqqız, Banə və Mərivan şəhərlərində tətil keçirib, dərs deməkdən imtina ediblər.

Məlumata əsasən, yüzlərlə müəllim ötən iki gün ərzində Şahrud və Mərivan şəhərlərində təhsil idarəsinin qarşısına toplaşaraq öz etirazlarını bildiriblər. Onlar dolanışıqlarının ağır, sığorta xidmətlərinin aşağı, təhsil büdcəsinin isə az olmasına etiraz ediblər.
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed